Castin Biberin bir yaşlı oğlu milyarder oldu

16-10-2025, 17:54           
Castin Biberin bir yaşlı oğlu milyarder oldu
Məşhur müğənni Castin Biberin həyat yoldaşı, model və sahibkar Heyli Biber "Rhode" kosmetika brendinin satışından əldə etdiyi 1 milyard dolları bir yaşlı oğlu Cek Blyuz üçün kənara qoyub.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, modelin öz sərvətini varisi üçün qoruyub saxlamaq qərarı düşünülmüş investisiya strategiyasıdır. O, öz planını əvvəllər heç vaxt malik olmadığı böyük məbləğdə pulu məsuliyyətlə idarə etmək istəyi ilə izah edib.

Xatırladaq ki, kanadalı müğənni Castin Biber və həyat yoldaşı Heylinin ilk övladı 2024-cü ilin avqustunda dünyaya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]