Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib

17-10-2025, 17:14           
Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib
Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" verilişində qonaq olub.
TEREF Axşam.az-a istinadən xəbər verir ki, iki il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib:
"Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Loqopedimin yanına da gedəndə deyirdim ki, tək olum, heç kim məni görməsin. Bu, mənim mənəvi dayanıqlığım idi ki, xəstəliyimi heç kim bilməsin. Çox müğənni yanıma gəlmək istəyirdi, amma "yox" deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var. Məndən də ağır xəstələr var ki, yataqdadırlar. Durub zarımaq mənlik deyil. Qoy insanlar məni həmişəki görsünlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]