Yakutiyada 500 əsr yaşı olan mamont qalığında bir nüans alimləri heyrətə gətirdi

24-12-2024, 18:24           
Yakutiyada 500 əsr yaşı olan mamont qalığında bir nüans alimləri heyrətə gətirdi
Rusiyalı alimlər unikal bir tapıntı - 50 min ildən çox yaşı olan mamont balasının qalıqlarını təqdim ediblər. Kəşf elmi ictimaiyyətdə əsl sensasiyaya çevrilib, çünki tapıntı dünyada ən yaxşı qorunmuş mamont qalığıdır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Yakutskdakı Şimal-Şərq Federal Universitetinin (ŞŞFU) saytında xəbər verilib.

Bildirilib ki, "Yana" adlandırılan mamont balasının çəkisi 180 kq, hündürlüyü isə 120 sm-dir.

"Müayinə göstərdi ki, başın qorunması unikaldır, çünki bütün orqanlar qorunub saxlanılıb. Bu çox yaxşıdır. Xortum, dodaqlar, qulaqlar, göz çuxurları qorunub - onlar hətta yırtıcılar tərəfindən yeyilməyib", - deyə ŞŞFU-nun Mamont Muzeyinin müdiri Maksim Çeprasov bildirib.

Qədim heyvanın bədəninin kompleks tədqiqatları 2025-ci ilin əvvəlində planlaşdırılır. Ehtimal ki, mamont balası təxminən bir yaşında ikən arxası üstə yıxılaraq ölüb, bunu onurğa sütununun deformasiyası göstərir.

Qeyd edək ki, unikal tapıntı 2024-cü ilin yayında Yakutiyanın Bataqay rayonunda yerli sakinlər tərəfindən aşkar edilib. Ərimiş torpaqda sakinlər əvvəlcə bədənin ön hissəsini, sonra isə ikinci hissəsini tapıblar. Əldə olan vasitələrdən xərək düzəldilib, qalıqlar səthə qaldırılıb və soyuducuya yerləşdirilib, sonra isə ŞŞFU alimlərinə təhvil verilib.
https://x.com/oxuaz/status/1871127695431499820?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1871127695431499820%7Ctwgr%5Ec4bed266e0b5d7c1f2ef896d95b880ddcad72fac%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fmedeniyyet%2Fyakutiyada-500-esr-yasi-olan-mamont-qaliginda-bir-nuans-alimleri-heyrete-getirdi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru