Tibbdə inqilab: İnsanın ölüm tarixini 80 faiz dəqiqliklə deyən süni intellekt hazırlandı

28-12-2024, 16:14           
Tibbdə inqilab: İnsanın ölüm tarixini 80 faiz dəqiqliklə deyən süni intellekt hazırlandı
ABŞ, İsveçrə və Danimarkadan olan beynəlxalq alim qrupu insanın ölüm tarixini 80% dəqiqliklə proqnozlaşdıra bilən "life2vec" neyron şəbəkəsini hazırlayıb.

Bu barədə tədqiqatın nəticələri "Nature Computational Science" (NCS) jurnalında dərc edilib.

Bildirilir ki, "Life2vec" süni intellekti insanın ömür uzunluğunu təxmini qiymətləndirmək üçün onun sağlamlığı və həyat tərzi haqqında məlumatları təhlil edir.

"Məqsədimiz neyron şəbəkələrinin bu sahədəki imkanlarını nümayiş etdirmək idi", - deyə tədqiqatçılar qeyd ediblər.

Lakin etik mülahizələr alimləri layihənin gələcək inkişafını müvəqqəti olaraq dayandırmağa məcbur edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru