Con Kerri hellikopterlə xəstəxanaya yerləşdirildi

31-05-2015, 16:54           
Con Kerri hellikopterlə xəstəxanaya yerləşdirildi
ABŞ-ın Dövlət Departamentinin katibi Con Kerri Fransanın İsveçrə sərhəddinin 40 kilometrliyində yerləşən Syünze şəhərində velosiped qəzasına düşüb.


ANS PRESS-in məlumatına görə, insident nəticəsində Kerri ayağından zədələnib.

Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "Geneva University Hospital" xəstəxanasına çatdırılıb. Onun Cenevedə yerləşən xəstəxanaya aparılması üçün hellikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.

ABŞ Xarici İşlər nazirliyinin rəsmisi verdiyi açıqlamasında Kerrinin huşunun özündə olduğunu, ayağından xəsarət aldığını deyib.

Con Kerri İranın xarici işlər naziri ilə nüvə silahları probleminin müzakirəsi üçün Cenevrədə idi. Onun İspan kralı ilə görüşmək üçün axşam Madridə getməsi planlaşdırılırdı.

Kerri bundan sonra İŞİD terrorunun müzakirəsi üçün Parisdə keçirilən konfransda iştirak etməli idi.

Diplomatik səfərlərində velosipeddən istifadə etməyi xoşlayan Kerri çox vaxt velosipedini də səyahət edəcəyi təyyarədə özü ilə aparır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]