Çin enerji istehsalında 4 milyard kilovatı keçməklə dünyada lider oldu

Bu gün, 09:23           
Çin enerji istehsalında 4 milyard kilovatı keçməklə dünyada lider oldu
Çinin quraşdırılmış elektrik enerjisi istehsalı gücü may ayının sonunda 4 milyard kilovatı ötərək dünyada ən yüksək səviyyəyə çatıb.

AFN.az xəbər verir ki, Çin Milli Enerji Administrasiyasının məlumatlarına görə, ölkənin quraşdırılmış elektrik gücü 2026-cı ilin may ayının sonunda 4,01 milyard kilovata yüksəlib.

Bununla da Çin ümumi elektrik enerjisi istehsalı gücü 4 milyard kilovatı keçən ilk ölkə olub.

Quraşdırılmış gücün artmasında ən mühüm amil bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı potensialının inkişafı hesab olunur.

Ölkədə qeyri-mədən mənbələrinin enerji istehsalındakı payı 2010-cu ildə 25 faiz təşkil etdiyi halda, 2026-cı ildə 62 faizə çatıb. Eyni dövrdə quraşdırılmış güc daxilində bərpa olunan enerji mənbələrinin payı da 24 faizdən 61 faizə yüksəlib.

Çin Elektrik Şurasının icraçı sədr müavini Yanq Kun verdiyi açıqlamada bərpa olunan mənbələrdəki inkişafın Çinin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkənin yaşıl və aşağı karbonlu transformasiyasına, eləcə də elm və texnologiyada özünü təminetmə səviyyəsinə töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, Çin hazırda günəş və külək enerjisi avadanlıqlarının ən böyük ixracatçısı mövqeyindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru