Bu ölkədə iki dəhşətli zəlzələ: binalar dağıldı, ölü sayı kəskin artdı

Bu gün, 09:17           
Bu ölkədə iki dəhşətli zəlzələ: binalar dağıldı, ölü sayı kəskin artdı
Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 188 nəfərə çatıb, 1520 nəfər isə yaralanıb.

Referans Media xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges dövlət televiziyası VTV-də yayımlanan çıxışı zamanı məlumat verib.

“Hazırda böyük təəssüf hissi ilə bildiririk ki, zəlzələ nəticəsində 188 venesuelalı həyatını itirib. Yaralanan 1 520 nəfər xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir. Bundan başqa, 157 nəfər itkin düşmüş hesab olunur”, – deyə o bildirib.

Rodriges qeyd edib ki, hazırda 200-dən çox insanın binaların dağıntıları altında qaldığı ehtimal edilir.

“Biz insanların mümkün qədər çoxunu xilas etmək üçün zamanla gərgin mübarizə aparırıq”, – deyə Milli Assambleyanın sədri vurğulayıb./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru