Yəmən ordusu Səud və ABŞ hərbi gəmilərini yeni məxfi silahla hədələdi... - VİDEO

30-06-2017, 13:10           
Yəmən ordusu Səud və ABŞ hərbi gəmilərini yeni məxfi silahla hədələdi... - VİDEO
«Səudiyyə təcavüzkarlarının qoşunları yeni keyfiyyətli silah gözləsin». FaktXeber.com-un Yemenpress-ə istinadla verdiyi məlumata görə, bu barədə Yəmən ordusunun Mətbuat Xidmətinin rəhbəri, polkovnik Əziz Rəşid bəyan edib. O, dəniz obyektlərinin düşmən qoşunları üzərində uğurlu qələbə üçün asan hədəfə çevrildiyinə işarə edib.

Polkovnik bildirib ki, Yəmən donanması ölkənin ərazi sularına girmək istəyən və sudanlı muzdurlarını düşürmək üçün Əl-Maha sahillərinə doğru hərəkət etməyə çalışan hərbi gəmi ilə üzləşib: "Yəmən Hərbi Dəniz Qüvvələri sudanlı əsgərləri Əl-Maha limanına endirmək məqsədiylə bizim ərazi sularımıza daxil olan Səudiyyə Ərəbistanı koalisiyasının hərbi gəmilərinə atəş açıb".

Əziz Rəşid əlavə edib ki, sudanlı silahlı qüvvələr koalisiya qüvvələrinə dəstək qismində birləşməli idi. O, Yəmən Qüvvələrinin raketinin hədəfi (hərbi gəmini) dəqiq vurduğunu deyib.

Briqada generalının sözlərinə görə, Yəmən Silahlı Qüvvələrinin cənub sularında Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinəin hərbi gəmisinə son hücumu zamanı məxfi silahdan istifadə edilib: «Qoşunlarımız xaraktrestikası sirr kimi saxlanılan unikal silahdan istifadə edib».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru