Qahirədə ərəb ölkələrinin kəşfiyyat rəhbərlərinin toplantısı keçirilib

5-07-2017, 08:38           
Qahirədə ərəb ölkələrinin kəşfiyyat rəhbərlərinin toplantısı keçirilib
Qahirədə Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin kəşfiyyat rəhbərlərinin toplantısı keçirilib. APA-nın xəbərinə görə, bu barədə MEHA agentliyinə məlumatlı mənbələr bildirib.

İclasla bağlı digər təfərrüatlar açıqlanmayıb. İyulun 5-də Misirin paytaxtında həmçinin bu ölkələrin XİN rəhbərlərinin də toplantısı keçiriləcək. Görüşdə Qətərlə münasibətlərdəki böhran və bu ölkəyə dair sonrakı addımlar müzakirə olunacaq.

Xatırladaq ki, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn iyunun 5-də Dohanı terrorçuluğu dəstək verməkdə ittiham edərək, Qətərlə bütün diplomatik əlaqələri dayandırıblar.

Qətər ərəb qonşularının ittihamlarını rədd edərək onların irəli sürdüyü 13 tələblərinin reallıqdan uzaq olduğunu adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru