ABŞ Şimali Koreyaya cavab zərbəsi endirəcək - İddia

5-07-2017, 10:03           

ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Pentaqondan olan nümayəndələr Şimali Koreyanın son ballistik raket sınağı ilə bağlı görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Sözügedən sınağın həqiqi olub-olmadığını müəyyən etmək üçün peyk, təyyarə və digər sistemlər işə salınacaq.

“Ballistik raketin sınaqdan keçirilməsi məsələsi dəqiqləşərsə, ABŞ Prezidenti Donald Tramp Pxenyana adekvat cavabın verilməsi ilə bağlı sənədi imzalayacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, Şimali Koreya dünən növbəti ballistik raketi sınaqdan keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru