Melaniya da Trampla Putinin görüşünü saxlaya bilmədi - Tillerson

8-07-2017, 10:21           

ABŞ-ın birinci xanımı Melaniya Trampdan Putinlə Trampın görüşünə müdaxilə etməsi xahiş olunub.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.

O bildirib ki, görüşün uzun çəkdiyini görən Melaniya Tramp da otağa daxil olaraq, liderlərdən danışıqlara son verməyi istəyib:

“Qarşılıqlı fikir mübadiləsi və maraq o səviyyə çatdı ki, heç kim söhbəti dayandırmaq istəmədi. İnsanlar otağın qapısını açıb, içəri baxırdı. Hətta sonra Melaniya Trampdan da görüşə müdaxilə etmək xahiş olundu, lakin bacarmadılar”.

Qeyd edək ki, liderlərin görüşü yarım saat nəzərdə tutulsa da, 2,5 saat davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru