Tramp 28 illik ənənəyə son qoydu

8-07-2017, 17:58           

ABŞ prezidenti Donald Tramp 1989-cu ildən bəri davam edən ənənəni pozaraq yəhudilərin Polşada yerləşən "Holokost" məbədini ziyarət etməyib.

Qaynarinfo xəbər verir ki, kommunizmin süquta başladığı 1989-cu ildən bəri Polşaya səfər edən ABŞ prezidentləri alman faşist ordusu tərəfindən soyqırıma məruz qalan yəhudilərə həsr edilmiş məbədi ziyarət edirdi, Trampın Polşa səfəri ilə bu ənənə sona yetdi.

Qeyd edək ki, yəhudilərin Polşadakı rəhbəri bu addıma görə ABŞ prezidentini tənqid edib. Bildiriş Varşava Yəhudi İcması, Polşa Yəhudi İcması Birliyi və Polşanın baş ravvini tərəfindən imzalanıb. Sənəddə "Prezident Donald Trampın məbəddən təxminən 1 km məsafədə olmasına baxmayaraq bu abidəni ziyarət etmədiyinə görə təəssüf hissi keçiririk. Bu addımın Amerika xalqının fikir və hisslərini ifadə etmədiyinə ümid edirik",- deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru