İvanka Tramp G20 sammitində görüşlərin birində atasını əvəz edib

8-07-2017, 23:03           
İvanka Tramp G20 sammitində görüşlərin birində atasını əvəz edib
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Hamburqda keçirilən G20 sammiti zamanı görüşlərin birində atasını əvəz edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Ağ Evdən məsələyə aydınlıq gətirərkən bildiriblər ki, İ.Tramp arxa planda olub, sadəcə, dövlət başçısı iclası tərk etməli olduğu məqamda əsas masada prezidentin yerini qısa müddətə tutub.

"Digər dövlət və hökumət başçıları da iclas zalını tərk edərkən onların yerini kimsə tutub", - Ağ Evdən vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru