Prezidentlər Trampı küncdə qoydular, Makron qarşıdrumanı güclə önlədi – G20-dən komediya kimi görüntülər – VİDEO

9-07-2017, 00:20           

İyulun 7-də Almaniyanın Hamburq şəhərində G20 sammiti öz işinə başlayıb.
Dünya nəhənglərinin bir araya gəldiyi bu görüş də müxtəlif məqamlarla diqqət çəkib.
Xüsusilə də sammit iştirakçıların birgə çəkdirdiyi fotoda ABŞ prezidenti Donald Trampın küncdə dayanması təəccüb doğurub.

Axı o, hər zaman öndə, diqqət mərkəzində olmağı sevir. Təsadüfi deyil ki, Brüsseldə NATO üzvləri ilə görüşdə dünya liderləri ilə xatirə şəkli çəkilərkən ön sıraya keçmək üçün Çernoqoriyanın baş naziri Duşko Markoviçi itələmişdi. Ona görə də hər kəs gözləyirdi ki, Tramp eyni performansı göstərərək fotonun düz mərkəzində yer alacaq.

Bundan əlavə, Rusiya və Türkiyə prezidentlərinin yanaşı dayanması da müzakirə olunub.
Araları tez-tez dəyib-düzələn bu iki ölkə son zamanlar münasibətlərə mehribancasına davam edir. Hər ikisinin ABŞ-la aralarındakı soyuqluq da müəyyən mənada onları birləşdirir. Məhz buna görə də Ərdoğan və Putinin yan-yana duruşu amerikalı həmkarlarına meydan oxuması kimi də qiymətləndirilib.
teref.az A24.Az-a istinadən sözügedən sammitdən olan görüntüləri təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru