ABŞ kəşfiyyatı: İranın raket daşıyıcısı partladı

29-07-2017, 11:15           

İranın cümə axşamı həyata keçirdiyi raket daşıyıcı sınağı uğursuz olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Foks Nyus” televiziyası ABŞ kəşfiyyatındakı mənbələrinə istinadən yayıb. Televiziya raket daşıyıcının buraxılışından dərhal sonra partladığını bildirib.

Qeyd edək ki, İran bundan öncə "Simurq" raket daşıyıcısının sınağını keçirib. Tehran bu daşıyıcı vasitəsilə öz peyklərini kosmosa çıxarmağı planlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru