Avstraliyada təyyarədə planlaşdırılan terror aktının qarşısı alınıb

30-07-2017, 11:11           
Avstraliyada təyyarədə planlaşdırılan terror aktının qarşısı alınıb
Avstraliyada təyyarədə planlaşdırılan terror aktının qarşısı alınıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avstraliyanın baş naziri Malkolm Ternbull bəyan edib.

Onun sözlərinə görə, ötən gün Sidney şəhərində irimiqyaslı antiterror əməliyyatı keçirilib.

“Əməliyyat nəticəsində sərnişin təyyarəsində terror aktı törətməyi planlaşdıran 4 nəfər saxlanılıb”, deyə baş nazir bildirib.

Saxlanılanların şəxsiyyəti barədə hələ ki, məlumat verilmir. Antiterror əməliyyatının ardınca Avstraliyanın hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru