"Yaddan çıxarmayaq ki, bu aviareysdə britaniyalılar ölüb"

30-07-2015, 22:34           
"Yaddan çıxarmayaq ki, bu aviareysdə britaniyalılar ölüb"
Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, keçən il Ukrayna səmasında vurulmuş Malayziya hava yollarına aid təyyarə ilə bağlı beynəlxalq tribunal yaradılması qərarına Putinin veto qoyması dünya ictimaiyyətini qəzəbləndirəcək.

Avropa.info xəbər verir ki, Kemeron Rusiyanı ədalətin bərpa olunmasına maneçilik törətməkdə ittiham edib. Putinə görə təyyarəni vuranların cəzalandırılması üçün alternativ yollar tapılmalıdır.

“Yaddan çıxarmayaq ki, bu aviareysdə britaniyalılar ölüb. Bu reysdə yüzlərlə adam ölüb. Biz imkan verə bilmərik ki, cəmi bir ölkə həqiqət və ədalət məhkəməsinin önünü kəssin. Əgər BMT vasitəçiliyi ilə tribunal yarada bilmiriksə, bunu etmək üçün başqa yollara baş vurmalıyıq” – deyə Kemeron bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]