Taliban Molla Ömərin ölümünü rəsmən təsdiqlədi

31-07-2015, 01:25           
Taliban Molla Ömərin ölümünü rəsmən təsdiqlədi
Taliban sözçüsü Zabihullah Mücahid hərəkatın lideri Molla Ömərin ölümünü rəsmən təsdiqləyib.


Avropa.info xəbər verir ki, Talibandan yayılan açıqlamada Molla Məhəmməd Ömərin xəstəlik nəticəsində öldüyü bildirilsə də, ölüm tarixi göstərilməyib.

Qeyd edək ki, Molla Ömərin təqribən 55 yaşı olduğu bildirilir. O, 2001-ci il ABŞ-ın Əfqanıstana hücumundan sonra, ictimaiət arasında görünməmişdi.


Molla Ömər 1960-cı ildə Qəndahar vilayətinin Chahı Himmat kəndində anadan olub.1980-cı illərdə Sovet işğalına qarşı vuruşub. SSRİ qoşunlarının Əfqanıstandan çəkilməsindən sonra, daxili savaşlar başladı və bu savaşlarda qalib gələn Taliban onun rəhbərliyi altında hakimiyyətə gəldi. 1996--cı ildə Talibanın dini lideri seçilib. Əl-Qaidə lideri Üsamə bin Ladenlə çox yaxın əlaqələri olub. 2001-ci ildə ABŞ koalisiyası Molla Ömər hakimiyyətini devirib. ABŞ onun başına 10 milyon dollar mükafat qoymuşdu.

Xarici mətbuatda onun biqrafiyası ilə bağlı yazılan yazılarda Molla Ömərin evinin və xarici banklarda pulunun olmadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]