"WikiLeaks"dən daha bir bomba - 35 hədəfin siyahısı

31-07-2015, 15:28           
"WikiLeaks"dən daha bir bomba - 35 hədəfin siyahısı
“WikiLeaks” saytı qalmaqala səbəb olacaq casusluq materialı dərc edib.

Avropa.info xəbər verir ki, ABŞ təhlükəsizlik xidmətləri Yaponiyanın nazirlər kabinetini və “Mitsubishi” kimi iri yapon şirkətlərini izləyirlərmiş. Dərc olunan sənəddə ABŞ Milli Təhlükəsizlik Agentliyinin nəzarətə götürdüyü 35 hədəfin siyahısı verilib. Şirkətlər, hökumət məmurları, nazirlər və baş məsləhətçilərin ən azı 2006-cı ilin sentyabrından izlənildiyi göstərilir.

MTA-nın nəzarətə götürdüyü şəxslər arasında Yaponiya Mərkəzi Bankının əməkdaşları və direktoru da olub. Bundan əlavə Maliyyə, İqtisadiyyat, Ticarət və Sənaye nazirlikləri, “Mitsui” neft ticarəti şirkəti dinlənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]