Ermənilərin yaydığı videodakı başdaşı Allahverdi Bağırovun deyil - QƏHRƏMANIN AİLƏSİNDƏN AÇIQLAMA və açıq qalan suallar...

30-07-2018, 08:50           
Ermənilərin yaydığı videodakı başdaşı Allahverdi Bağırovun deyil - QƏHRƏMANIN AİLƏSİNDƏN AÇIQLAMA və açıq qalan suallar...
Azərbaycan mətbuatında, guya, ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının baş daşını nümayişkaranə şəkildə dağıtması barədə xəbər yayıb.

Dia.az bildirir ki, Qaziler.az saytı A.Bağırovun ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, dağıdılan məzar Milli Qəhrəmanımıza aid deyilmiş.

Ailədən bildiriblər ki, ümumiyyətlə A.Bağırovun başdaşı olmayıb: "Sadəcə, digər şəhidlər kimi onun baş daşı dəmir löhvədən ibarət olub".

Elə dağıdılan başdaşından da görünür ki, o A.Bağırovun deyil. Çünki başdaşında qəhrəmanımızın adı, soy adı atasının adı rusca yazılıb. Videodakı başdaşı ermənilər tərəfindən qəsdən hazırlanıb və paylaşılıb.

Redaksiyadan: Əslində işğal altındakı ərazilərimizdə qalan istənilən şəhidimizin məzarı ermənilər tərəfindən təhqir edilə bilər. Amma ermənilərin yaydığı video həqiqəti əks etdirmir. Xahiş edirik şəhidlərimizlə bağlı, xüsusən Milli Qəhrəmanlarımızla bağlı erməni mətbuatının yaydığı məlumata uymayın. Yalan məlumatı yaymayın!
Teref.az olaraq qeydetmək istəyirik ki, rəhmətliyin qəbrini düzəltdirən Razmik Petrosyan budur:
https://ru.m.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%82%D1%80%D0%BE%D1%81%D1%8F%D0%BD,_%D0%A0%D0%B0%D0%B7%D0%BC%D0%B8%D0%BA_%D0%90%D1%80%D1%88%D0%B0%D0%BA%D0%BE%D0%B2%D0%B8%D1%87
Teref.az olaraq qeyd etmək istəyirik ki, bu məlumatı ermənilərin məşhur bloqqeri yayıb və bütün bunları əks etdirən video rolik paylaşıb və bir çox mənbələr bunu təsdiq edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru