Ukrayna Moskva və Sankt-Peterburqa çata biləcək FP-9 ballistik raketini hazırlayıb – DW.
6-02-2026, 17:36
DW-nin məlumatına görə, sınaqların bu ayın sonuna qədər tamamlanması planlaşdırılır. Layihə üzərində “Flamingo” raketlərinin istehsalçısı olan Fire Point şirkəti çalışır. Hazırda FP-7 və FP-9 raket modelləri üzərində iş aparılır. ▪️FP-7 – ABŞ istehsalı olan ATACMS raketlərini əvəzləməli olacaq. Onun uçuş məsafəsi 300 km-ə qədərdir və nisbətən kiçik döyüş başlığına malikdir. ▪️FP-9 – daha güclü modeldir, 800–850 km-ə qədər məsafəyə çata bilir və 800 kq-a qədər döyüş başlığı daşıya bilər. Bu raket Moskva və ya Sankt-Peterburqa zərbə endirmək qabiliyyətinə sahib olacaq. Джавид Дамирли TEREF