İtaliyada kişi 20 ədəd qızıl külçəni səhvən zibil konteynerinə atdı

13-02-2026, 17:24           
İtaliyada kişi 20 ədəd qızıl külçəni səhvən zibil konteynerinə atdı
İtaliyada 57 yaşlı kişinin səhvən içində qızıl külçələr olan qutunu zibil konteynerinə atması ilə bağlı maraqlı hadisə baş verib.

Bu barədə RMF24 radiostansiyasına istinadən məlumat yayıb.

Hadisə Leççe vilayətinin Torre-Lapillo yaşayış məntəqəsində qeydə alınıb. Yerli sakin təsadüfən içində 20 ədəd qızıl külçə olan metal qabı tullantı konteynerinə atıb.

Məlumata görə, kişi uzun illər ərzində qiymətli metala investisiya edərək təxminən 120 min avro (təxminən 242 min manat) dəyərində kapital toplayıb. Qızılların itdiyini yalnız bir gün sonra anlayan şəxs dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis araşdırma zamanı konteynerlərin artıq Ucento poliqonuna daşındığını müəyyən edib. Orada təşkil olunan axtarış əməliyyatı uğurla başa çatıb və qızıl külçələr olan qab tapılaraq sahibinə qaytarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru