Yeni Super Liqaya sədr təyin edildi

19-04-2021, 09:01           
Yeni Super Liqaya sədr təyin edildi
“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres Avropa Super Liqasının sədri təyin edilib.

“Report” xəbər verir ki, bu barədə “AP” agentliyinin jurnalisti Rob Harris özünün tvitter səhifəsində yazıb.

Mənbə bildirir ki, Peresin müavinləri “Yuventus” klubunun rəhbəri Andrea Anyelli və “Mançester Yunayted” klubunun rəhbəri Coel Qleyzer olacaq.

Qeyd edək ki, Super Liqa Avropanın ən yaxşı 20 klubunu öz himayəsi altında birləşdirmək məqsədi ilə yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru