İranda insanlar kuponla alış-veriş etməyə başladı

17-01-2026, 08:38           
İranda insanlar kuponla alış-veriş etməyə başladı
İranda insanlar kuponla alış-veriş etməyə başladİranda 2025-ci ilin dekabrında başlayan şiddətli etiraz aksiyalarından sonra hökumət əhalinin əsas qida məhsullarına çıxışını təmin etmək üçün "Kalabarg" adlı elektron kupon tətbiqinə başlayıb. Bu addım yüksək inflyasiya və ərzaq qıtlığı ilə mübarizə məqsədi daşıyır.

TEREF Milli.az-a istinadən xəbər verir ki, "Kalabarg" sistemi vətəndaşlara süd, pendir, yağ, düyü, ət və yumurta kimi 11 əsas qida məhsulunu daha ucuz qiymətə almağa imkan verən rəqəmsal kart sistemidir. Bu sistem vasitəsilə dövlət birbaşa vətəndaşın kartına kredit və ya rəqəmsal sənəd şəklində dəstək təyin edir.

İran rəsmiləri bildirirlər ki, tətbiq sayəsində əvvəllər market rəflərində tapılmayan bəzi məhsullar yenidən satışa çıxarılıb və qiymətlərdə qismən enmə müşahidə olunur. Lakin xalq bu dəyişikliklərə ehtiyatla yanaşır:

Bəzi vətəndaşlar bu dəstəyin faydalı olduğunu, lakin qiymət artımının qarşısını almaq üçün kifayət etmədiyini bildirirlər.

Hökumət qiymətləri sabit saxlamaq üçün "güzəştli valyuta məzənnəsi" sistemində də dəyişiklik edib. Əvvəllər idxalçılara ucuz dollar verilirdi ki, məhsullar bazara ucuz daxil olsun. Lakin bu sistem korrupsiya və sui-istifadə hallarına yol açdığı üçün hökumət indi birbaşa istehlakçıya (xalqa) elektron kuponlar vasitəsilə dəstək verməyə üstünlük verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru