Azərbaycan Azıx mağarasında üç ölkə ilə birgə ekspedisiya aparır

21-11-2025, 08:34           
Azərbaycan Azıx mağarasında üç ölkə ilə birgə ekspedisiya aparır
Hazırda Azıx mağarasında Almaniya, Danimarka və Yaponiya beynəlxalq ekspedisiyaları fəaliyyət göstərir.

Bu barədə AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, Azıx mağarasında artıq ikinci ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərməkdədir:

“Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiya elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir”./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]