Hansı dövlət qurumları ləğv olunacaq? - PLAN HAZIRLANDI

21-11-2025, 07:18           
Hansı dövlət qurumları ləğv olunacaq? - PLAN HAZIRLANDI
Azərbaycanda yaxın vaxtlarda dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları və optimallaşdırma tədbirləri həyata keçiriləcək.
TEREF Qaynarinfo-ya istinadla xəbər verir ki, artıq bu istiqamətdə hazırlanmış təkliflər planı Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərin yaxın müddətdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.
İslahatlar çərçivəsində bəzi dövlət qurumlarının ləğv edilməsi, nazirliklərdə funksional baxımdan bir-birini təkrarlayan idarə və şöbələrin, eləcə də bəzi agentliklərin birləşdirilməsi planlaşdırılır.
Dəyişikliklərin əsasən Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu agentliyin tabeliyində olan qurumları, həmçinin digər dövlət təşkilatlarını əhatə edəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]