Adı açıqlanmayan bir müştəri Mançesterdəki (İngiltərə) gecə klubunda birdəfəyə təxminən 88 min 590 funt sterlinq (116 min 100 dollar) xərcləyib. O, bu məbləğin 8 min funt sterlinqindən (10 min 550 dollar) çoxunu işçilər üçün çaypulu olaraq ödəyib.
"Daily Mail" xəbər verir ki, keçmiş idmançı və 12 nəfərlik qrup elit "Continental Club"da keçirilən əyləncəyə qatılıblar.
Klub nümayəndələrinin sözlərinə görə, bütün məbləği bir müştəri ödəyib - digər qonaqlardan heç biri ona şərik olmayıb, xərclər lüks içkilərə sərf olunub. Ödənilən hesab və çaypulu klub üçün rekord olub.