Yaponiya Tayvandan 110 km məsafədə raketlərin yerləşdirilməsi planından imtina etmir

24-11-2025, 00:10           
Yaponiya Tayvandan 110 km məsafədə raketlərin yerləşdirilməsi planından imtina etmir
Yaponiya hökuməti Tayvandan təxminən 110 km məsafədə yerləşən Yonaquni adasındakı Özünümüdafiə Qüvvələrinin qarnizonunda orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etmir.

"Report"un məlumatına görə, bunu hərbi obyektə səfəri zamanı ölkənin müdafiə naziri Şinciro Koizumi jurnalistlərə açıqlamasında bildirib.

"Raketlərin yerləşdirilməsinin regionda gərginliyi artıracağına dair bəyanatlar əsassızdır", - onun sözlərini "Kyodo" agentliyi yayıb. Bununla yanaşı, o, jurnalistlərin Tayvan ətrafında hərbi böhran baş verəcəyi halda, Yaponiyanın necə hərəkət edəcəyi ilə bağlı əlavə suallarına cavab verməyib. Baş nazir Sanae Takaiçinin bu mövzudakı açıqlamaları artıq Tokio ilə Pekin arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Yaponiyanın Yonaquni adasındakı Özünümüdafiə Qüvvələrinin qarnizonu 2016-cı ildə yaradılıb və burada orta mənzilli "Tip-03" zenit raketlərinin yerləşdirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]