Alman mühəndislərdən təyyarə qanadlarında buzlanmaya qarşı YENİ METOD
24-11-2025, 15:24

Almaniya mühəndisləri təyyarə qanadlarında buzlanma ilə mübarizə üçün yeni üsul təklif ediblər.
Newatas.com xəbər verir ki, onlar ənənəvi qızdırma sistemi əvəzinə buzun qanad səthindən vibrasiya vasitəsilə silkələnərək kənarlaşdırılmasını təklif edirlər.
Buzlanma aerodinamikanı ciddi şəkildə pozur, müqaviməti artırır, qaldırma qüvvəsini azaldır və təyyarənin sabitliyinə təsir göstərir. Hazırda sərnişin təyyarələri buzlanmanı aradan qaldırmaq üçün mühərriklərdən alınan isti havadan istifadə edirlər, lakin bu metod onların səmərəsini azaldır.
Problemi aradan qaldırmaq üçün alimlər qanadın səthinə çox kiçik pyezoelektrik aktuatorlar yerləşdiriblər. Onlardan cərəyan keçdikdə aktuatorlar bir neçə kilohers tezlikdə vibrasiya yaradır və bu vibrasiya buzun çatlamasına və qopmasına səbəb olur. Sistem buzlanma ilə mübarizə üçün enerji sərfini 80%-ə qədər azaltmağa qadirdir.
Layihənin əsas elementi qanadın təbii titrəmə tezliyini real vaxtda müəyyən edən alqoritmdir. Bu tezlik hündürlükdən, sürətdən, temperaturdan, rütubətdən və buzun qalınlığından asılıdır. Sistem Avropanın "Clean Aviation" proqramı çərçivəsində buzlanma aerodinamik tunelində sınaqdan keçirilib və hazırda təyyarələr üzərində edilməsinə hazırlıq görülür.

