Şərur özünümüdafiə batalyonunun komandiri Şahmərdan Cəfərovun faciəli aqibəti.
27-11-2025, 09:34

17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biri, Azərbaycan Xalq və Sərhəd hərəkatının üzvü olan Şahmərdan Cəfərovun faciəli aqibəti.
Bir çox Naxçıvanlı hesab edir ki, Şahmərdan Cəfərov olmasaydı bəlkə də Naxçıvan ermənilər tərəfindən işğal olunmuşdu.
Şahmərdan Cəfərov 1958-ci ildə Şərur rayonun Məmmədsabir kəndində doğulub.
Rusiyanın Kaluqa şəhərində hərbi xidməti bitirəndən sonra orada qalaraq orta ixtisaslı hüquq məktəbini bitirib, milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb.
1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb. Rütbəsi mayor olub.
1990-cı ildə Şərur rayonundan Azərbaycan parlamentinə üzv seçilib.
1994-cü ilin avqustunda Şahmərdan və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açılır. 17 İyun 1995-ci ildə isə səhər tezdən özünün maşını ilə Kələkidən qayıdarkən Bənəniyar kəndində Culfa Rayon Polis bölməsinin əməkdaşları tərəfindən yolda güllələnib. İyunun 26-da Bakıya – Şüvəlandakı istintaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustaqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib.
Azərbaycan Tarixi
TEREF

