Ermənistan sərhəddə dəhşət yaşayır: Bakıya müraciət edəcək? – VİDEO

28-11-2025, 07:04           
Ermənistan sərhəddə dəhşət yaşayır: Bakıya müraciət edəcək? – VİDEO
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Dilican şəhərində güclü yanğınlar davam edir.

Globalinfo.az xəbər verir ki, erməni deputat Qarnik Danielyan mövcud qüvvələrin kifayət etmədiyini, əlavə köməyə ehtiyac olduğunu bildirib.

Xəbəri videodan da izləyə bilərsiniz:

Bundan sonra sosial şəbəkənin erməni seqmentində yanğının söndürülməsi üçün Azərbaycandan yardım istənilməsi təklif olunub. Şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu məqsədlə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət etmək mümkündür. Səbəb kimi isə yanğının sərhədə, xüsusən Qazax rayonuna yaxın ərazidə başlaması göstərilib.

Bildirilib ki, İrəvan kömək istəyəcəyi təqdirdə Azərbaycan buna müsbət cavab verəcək.

Əldə etdiyimiz məlumata görə, belə hallarda məsələ dövlət başçıları səviyyəsində həll olunur. Yəni rəsmi Bakının müvafiq istiqamətdə yardım göstərməsi üçün Ermənistan rəhbərliyi Azərbaycana müraciət etməlidir. Yalnız bundan sonra sözügedən müraciət dəyərləndirilə və zərurət olarsa, müvafiq addımlar atıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]