Dünyanın ən çox əhalisi olan şəhərləri açıqlandı

28-11-2025, 17:44           
Dünyanın ən çox əhalisi olan şəhərləri açıqlandı
İndoneziyanın paytaxtı Cakarta dünyanın ən çox əhalisi olan şəhərləri siyahısında birinci yeri tutub.

Bu barədə "The Guardian" qəzeti BMT-nin hesabatına istinadən məlumat yayıb.

Hesabata əsasən, Cakartada 42 milyon insan yaşayır. Banqladeşin paytaxtı Dəkkə BMT reytinqində 37 milyon əhalisi ilə ikinci yerdədir. Yaponiyanın Tokio şəhəri isə 33 milyon əhalisi ilə üçüncü yerdə qərarlaşıb. Nyu-Delhi (Hindistan) və Şanxay (Çin) da ilk beşliyə daxil olan şəhərlərdir.

BMT-nin hesabatında bildirilir ki, 1950-ci ildən bəri Yer kürəsində şəhər sakinlərinin sayı iki dəfədən çox artıb. O zaman şəhərlərdə 2.5 milyard insan yaşayırdısa, indi dünya əhalisinin təxminən yarısı şəhərlərdə məskunlaşıb. 1975-ci ildən 2025-ci ilə qədər meqapolislərin sayı 8-dən 33-ə qədər artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]