Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak istefa verib

29-11-2025, 00:10           
Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak istefa verib
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.

Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, Yermak istefa ərizəsi yazıb.

O, Andrey Yermaka təşəkkür edib.

“Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcəklərlə məsləhətləşəcəyəm”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]