Oksford lüğəti 2025-ci ilin sözünü açıqladı

1-12-2025, 15:38           
Oksford lüğəti 2025-ci ilin sözünü açıqladı
Oksford ingilis dili lüğəti "reycbeyt" (rage bait, hərfi tərcüməsi - qəzəb üçün yem, tələ) ismini 2025-ci ilin sözü elan edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Oksford Universitetinin "Oxford University Press" (OUP) nəşriyyatı öz saytında bildirib.

Nəşriyyat vurğulayıb ki, ilin sözü 2025-ci ildəki xaosun mükəmməl ümumiləşdirməsidir. Lüğət "reycbeyt"i belə müəyyən edib: bu, adətən, müəyyən veb-səhifəyə və ya sosial şəbəkəyə cəlbolunmanın artırılması məqsədilə təxribatçı və ya təhqiramiz elementlərdən istifadə etməklə qəzəb və ya hiddət yaratmaq üçün xüsusi hazırlanmış onlayn kontentdir.

OUP sözün populyarlığını internetdən daha şüurlu istifadə ilə izah edib.

Keçən il Oksford lüğəti "beynrot"u (brain rot, tərcümədə - beyin çürüməsi) ilin sözü olaraq seçmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]