İsa Peyğəmbər Tanrıdır, yoxsa Tanrı övladı?
8-06-2026, 16:04

Bu gün köhnə “cib dəftərçəsi”ndəki qeydlər əlimə düşdü. Oradakı bəzi fraqmentləri “Gündəliyimə” əlavə edirəm.
İsa peyğəmbər və Məhəmməd peyğəmbər bəşəriyyət tarixinə təsir edən ən mühüm ilahi dinlərin — Xristianlıq və İslamın baniləridir. Hər ikisi təkallahlığı (tövhid) təbliğ etmiş və ilahi vəzifələri yerinə yetirmişlər.
...İsa peyğəmbər islamda İsa Məshidir və müsəlmanlar onu İsa əl-Məsih də adlandırırlar. Xristianlıqda İsa həm Tanrı (Boq), həm də Tanrının oğlu hesab olunur. İsanın dövründə yaşayan insanlar onun özünü Tanrı adlandırdığını bilirdilər...
...Qurana görə, İsa çarmıxa çəkilməyib, əksinə, o, Allah tərəfindən xilas edilib və göyə çəkilib. Bu versiya daha tutarlı səslənmirmi? Axı Tanrını və ya Tanrının oğlunu necə çarmıxa çəkmək olar?..
... Allah və Boq arasındakı fərq nədir? “Allah” sözü İslamın bütün müqəddəs kitablarında həmişə tək formada işlədilir, bu da Allahın birliyini və bənzərsizliyini təsdiqləyir. Ərəb dilinə tərcümə edilmiş İncil də Boq sözünü “Allah” kimi tərcümə edir...
...Məhəmməd peyğəmbər İsanın təlimi ilə öz təlimi arasında fərqləri aradan qaldırmağa çalışır, İsanı “Allahın ruhu və sözü” adlandırırdı. Peyğəmbər buyurmuşdur: “Bu dünyada və axirətdə mən Məryəmin oğlu İsaya ən yaxın insanam”...
...İsa peyğəmbər haqqında Quranın müxtəlif yerlərində 11 dəfə Məsih və ya Əl-Məsih kimi adlar təkrarlanır...
...Din üləmalarının çoxu belə hesab edir ki, Allah anlayışı və mövcudluğu əslində Boqdan daha əzəmətli və qüdrətlidir. Çünki İslamda Allah vahid Tanrıdır, İsa isə Tanrının oğlu və “Üçlü” Tanrının bir hissəsidir...
...“Şeytan” sözü İncilin “Satana” anlayışına sinonimdir. İslam rəvayətlərinə görə, şeytanlar mömin insanları və peyğəmbərləri, məsələn, peyğəmbər Yusufun günah və səhvlərə meyilləndirməyə çalışmışlar. Bəzi şeytanlar bir vaxtlar peyğəmbər Süleymana tabe idilər, lakin sonra öz yollarına qayıtdılar...
…İsa Allaha hansı dildə dua edirdi?
Bu dil semit dillər qrupuna aid olan dillərdən biridir: ərəb, ivrit və arami dilləri. Arami dilində Tanrı “Əlah” adlanır. İsa Məsih öz dilində Allahı “Əlah” adlandırırdı. İvrit dilində Tanrı “Elohim”, ərəb dilində isə “Allah” kimi tanınır…
…Müsəlmanlar belə hesab edirlər ki, İsa Məsih (əs) günahsız idi və anası Məryəm (əs) idi – onun atası olmamışdır (Quran 3:59). O, Allahın peyğəmbəri idi, lakin Allahın oğlu deyildi. Allah onu Müqəddəs Ruhla gücləndirmişdir…
...Quranın iki ayəsində Allahın ruhunu Məryəmə üfürdüyü qeyd olunur: “Məsih, yəni Məryəm oğlu İsa, Allahın peyğəmbərindən, Məryəmə ünvanlanmış kəlamından, Ondan gələn ruhdan başqa bir şey deyil” (Quran 4:171)...
...Adəm və Həvva hansı dildə danışırdı? Müqəddəs dil – “ləşon ha-koydeş” – Adəm və Yaradanın danışdığı dildir və insanlar bu dildə Babil qülləsi hadisəsinə qədər danışmışlar. Tövrata əsasən, ilk insanların qədim ivrit dilində danışdığı yazıda təsdiqlənir...
...Musa İslamın ən böyük peyğəmbərlərindən və elçilərindən biri, Allahın söhbət etdiyi şəxsdir. Peyğəmbər Yaqubun (İakov) nəslindən gələn və Harun (Harun) peyğəmbərin qardaşıdır...
...Məhəmməd Peyğəmbər xristianlara ümumilikdə müsbət yanaşıb və onları Avraamın vəhyinin davamçıları (Kitab Əhli) hesab edib. Lakin o, eyni zamanda, onların bəzi inanclarını tənqid etmişdir. O, müxtəlif məktublar göndərərək xristian dünyasının liderlərini “Allaha itaət etməyə, İslama dəvət etməyə” çağırmışdır...
...İsa Məsih öz dilində Allahı "Elah" adlandırırdı. İvritdə Allah "Elohim", ərəb dilində "Allah", aramey dilində isə "Elah" adlanır. Bu sözlərdə "Al" hissəsi ingilis dilindəki "the" artiklinə bərabərdir, "Lah" isə Allah deməkdir...
...Müsəlmanlara daha yaxın kimdir: yəhudilər, yoxsa xristianlar? İslamın inkişafı zamanı o, əsasən, iudaizmə daha yaxın din oldu, çünki hər iki din monoteistdir və Yaxın Şərqin semit mədəniyyətindən qaynaqlanır...
...İsa Göydəki Atanın yeganə Oğlu idi. Onun anası Məryəm idi, o, Yusiflə nişanlı idi. İsanın doğulması zamanı qeyri-adi əlamətlər və möcüzələr müşahidə olunurdu. Bu isə çoxdan vəd edilmiş və ya gözlənilən Məsihin yer üzünə gəlib insanları xilas etmək və əbədi həyatı mümkün etmək üçün doğulduğunu təsdiq edirdi...
...Müqəddəs Yazılar açıq şəkildə bəyan edir ki, Məryəm, Müqəddəs Ruhun gücü ilə bakirə olaraq İsaya hamilə qalmışdır. Bundan başqa, kilsə təsdiq edirdi ki, Məryəm hər zaman bakirəliyini qoruyub saxlamışdır. Onun başqa övladları olmamış və heç vaxt Yusiflə evlilik münasibətinə girməmişdir...
...Bəzi təsdiq olunmamış mənbələrə, əsasən Yusiflə nişanlanarkən Məryəmin yaşı 12–14, hamiləlik zamanı isə 16 olmuşdur...
...İsanın iki atası olması nə deməkdir? Yusif yalnız İsanın dünyəvi baxıcısı deyil, onun dünyəvi atası idi. Bununla yanaşı, Allah İsanın atası idi, və bu, daha dəqiq bir mənada baş verir. Bu səbəbdən, xristian inancında İsanın iki atası olduğu qəbul edilir...
...Dörd İncilin hamısında İsa Allah haqqında danışarkən Onu əsasən öz Atası adlandırır. Həmçinin İsanın dualarını dinləyərkən onun Allaha “Ata” deyə müraciət etdiyi görünür...
…Məryəm İsaya necə hamilə qalmışdır? Xristianlıqda Məryəmin Müqəddəs Ruh vasitəsilə möcüzəvi şəkildə hamilə qalması (lat. Virginalis Conceptio) doktrinası qəbul olunur. O, bakirəliyini qoruyaraq İsanı doğmuşdur və bu bütün xristian məzhəblərində qəbul edilir…
…Xristian kilsələri və ilahiyyatçıları ənənəvi olaraq İsanın heç vaxt evlənmədiyini və ölümünə qədər bakirə qaldığını qəbul edir...
… Necə ki, monastırda yaşayan qadınlar İsanın nişanlısıdırlar, eləcə də hər evli qadın (bunu dərk etsə də, etməsə də) İsa ilə mənəvi birliyə sahibdir…
p.s.
Mən professional dinşünas deyiləm. Amma din tarixinə az-çox bələdəm. İndi isə sadəcə, vaxtilə yazdığım qeydlərdən bəzilərini təqdim etmək qərarına gəldim.
Фируз Мустафа
TEREF

