Yaşıllığımızın düşmənləri heç nəyi veclərinə almırlar - Xətaidə ağacları qırmaq üçün YENİ "METOD"

16-05-2023, 00:05           
Yaşıllığımızın düşmənləri heç nəyi veclərinə almırlar -
Xətai rayonunda yaşıllıqların məhv edilməsi prosesi davam etdirilir.

Bu acınacaqlı hadisə ilə bağlı redaksiyamıza yeni faktlar daxil olub.

Təqdim edilən fotolardan aydın olur ki, ağaclar kütləvi və fərdi qaydada məhv edilir. Kütləvi məhv edilən ağaclar əvvəlcə hündür hasara alınır.

Sonra bir gecənin içində ağaclar kəsilib, ərazidən daşınır. Fərdi qaydada isə ağaclar ya tikinti altına salınır, ya da ki, onların quruması üçün ağılagəlməz addımlar atılır. Məsələn, Əhmədli yaşayış massivində Məhəmməd Hadi küçəsi 103 ünvanda qocaman ağac bir gecənin içində kəsilib. Ağac qatilləri öz bəd əməllərindən sığortalanmaq üçün əraziyə fidanlar basdırıb.

Təqdim edilən başqa bir görüntü isə “Bakı” kinoteatrının yaxınlığında çəkilib. Deməli, burdakı Natariot kontorunun sahibi öz ofisini genişləndirmək üçün neçə illərin ağacını tikilinin içinə salıb.

Bura yaxın digər ərazidə isə ağaclar daş və dəmir çərçivəyə alınaraq aqrotexniki qulluqdan məhrum edilib.

Belə vəziyyətdə isə ağaclar qurumağa məhkum olur. Nəticədə bir müddət sonra quruyan ağacın kəsilməsi “zərurəti yaranır”. Beləcə, yaşıllıqlar işbazların fərdi maraqları və müvafiq qurumların laqeyidlikləri ucbatından yavaş-yavaş məhv edilir.

Bəs, belə qanunsuzluqlara nə zaman “dur” deyiləcək?




//bizim.media//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru