Neftçalada müəllimlər etiraz etdilər – Hamısı bölməyə aparıldı – Son dəqiqə

6-06-2017, 14:03           

65 müəllim bölməyə aparıldı. Onların arasında Xəzər Tv-nin əməkdaşları da var.

Daxil olan özəl məlumata görə, Neftçala rayonunda müəllimlər bu gün səhər saatlarında etiraz etmək üçün toplaşıblar. Onların etirazlarına səbəb, işdən çıxarılmalarıdır. Belə ki, Təhsil Nazirliyi onların diplomlarının saxta olduğunu deyərək, işdən azad edib. Bu səbəbdən müxtəlif orta məktəb və kolleclərdə işləyən müəllimlər etiraz etmək üçün rayonun mərkəzinə toplaşıblar.

Onlar səslərinin aidiyyəti qurumlara çatması üçün Xəzər Tv-nin çəkiliş qrupuna da dəvət ediblər. “Uzun illərdir işləyirik, indi isə diplomlarımızın saxta olduğunu deyirlər. Bu ədalətli deyil” deyən müəllimlər, bir müddət sonra polis tərəfindən saxlanılıblar. Saxlanılan müəllimlərə, “Siz dövlətə qarşı gəlirsiniz” deyib, rayon polis idarəsinə aparıblar. Polislər etirazçı müəllimlərlə yanaşı Xəzər Tv-nin əməkdaşlarını da saxlayıblar. Hazırda 65 müəllim polis bölməsində saxlanılır.

Əlavə məlumat olduqca dərc edəcəyik.
/bakmiltv.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru