Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır? - İDDİA

13-09-2017, 12:46           
Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır? - İDDİA
aktinfo.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın vəzifəsindən çıxarılacağı barədə Təhsil Nazirliyinin dəhlizlərində söz-söhbətlər dolaşır.

Gülçöhrə Məmmədovanın əlaqələrinin zəifləməsini,ləğv edilmiş Nəqliyyat Nazirliyində birinci müavin olmuş qudası Musa Pənahovun artıq yüksək vəzifədə işləməməsini əsas götürənlər xanım rektorun qarşıdakı aylarda işdən çıxarılacağına dair bəzi mülahizələlər irəli sürməkdədirlər.

Bizə gəlincə, Gülçöhrə Məmmədovanın hansı səbəbdən işdən çıxarılacağına dair dəqiq məlumatımız yoxdur. Onu da bildirməyi məqsədəuyğun hesab edirik ki, xanım rektorun adı indiyədək hansısa çirkli işdə hallanmayıb və ona müəyyən dairələrdə hörmət də var. Bu səbəbdən onun yaxın vaxtlarda rektor vəzifəsindən çıxarılacağı inandırıcı görünmür.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Gülçöhrə Məmmədovanın özü ilə əlaqə yaratmaq istəsək də, mümkün olmadı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru