Baş həkim işçiləri hədələyərək pul yığır: "Ya 20 manat ver, ya da qan!"

25-09-2017, 09:02           

İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılır.

Masallıda tibb işçilərinin könüllü qanvermə aksiyası keçirilir.

teref.az aznews.az-a istinadən xəbər verir ki, Masallı Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov aksiyanın gedişatında yeni “qayda” tətbiq edib.

Belə ki, səhhəti imkan verməyən və digər hər hansı səbəbdən qan vermək istəməyən tibb işçiləri qan əvəzinə baş həkimə pul ödəyir.

C.Nəzərovun “qaydasına” görə “cərimənin” məbləği 20 manatdır.

Xəstəxanadan verilən məlumata görə, qan və ya 20 manat ödəməyən tibb işçisi işdən çıxarılma ilə hədələnir.

Şikayətçilər deyir ki, hər il keçirilən qanvermə aksiyası baş həkimin əlavə qazanc yeridir. İddiaya görə, bu aksiyada qan hansısa xeyriyyə məqsədi ilə deyil, satılmaq üçün yığılır.
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru