Arif Alışanovun Ukraynada restoranları üzə çıxdı - FOTO

28-09-2017, 19:02           
Arif Alışanovun Ukraynada restoranları üzə çıxdı - FOTO
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun Ukraynada restoranı olması barədə xəbərlər yayılıb.

Ukraynadakı Azərbaycan diasporundan “Ölkə.Az”-a verilən məlumata görə, Ukraynanın Dnepropetrovsk bölgəsində “Bakinskiy Dvorik” adlı restoran və “Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir.

Redaksiyamıza həmin restoranın fotosu da göndərilib.

Göndərilən məlumatda qeyd olunur ki, sözügedən restoran və çay evinin əsl sahibi AzTV sədri Arif Alışanovdur:

“Hazırda həmin restoranlara AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsün Qədiroğlu nəzarət edir. Möhsün Qədiroğlu özü də bizə dəfələrlə deyib ki, bu restoran Arif Alışanova məxsusdur. Restorana daha çox azərbaycanlılar və Azərbaycandan Ukraynaya gedən qonaqlar dəvət olunur”, - deyə məlumatda qeyd olunur.

Məsələ ilə bağlı AzTV-nin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru