Elmar Vəliyevin geyim kolleksiyası - Hər dəfə 36 min xərcləyir

2-10-2017, 14:06           
Elmar Vəliyevin geyim kolleksiyası - Hər dəfə 36 min xərcləyir
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bahalı geyim kolleksiyasını haradan alması məlum olub.

Unikal.org-a daxil olan məlumatda bildirilir ki, icra başçısı Bakının ən bahalı kişi geyimləri mağazası sayılan "Stefano Ricci" markasından istifadə edir.

Burada icra başçısının geyindiyi ən "ucuz” geyimlərin qiymətini oxuculara təqdim edirik.

"Stefano Ricci" brendində satılan kostyumun qiyməti -13500 manat, ayaqqabının-8600 manat, vitrovka kurtka – 11000 min manat, qalstuk -720 manat, köynək-2050 manat təşkil edir.

Belə ki, icra başçısı hər dəfə üst geyimini təzələmək üçün ən azından 36 min manat pulundan keçməli olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru