ABŞ hərbçiləri Maduronun "Yoldaşımı azad edin!" xahişini rədd ediblər

3-01-2026, 16:54           
ABŞ hərbçiləri Maduronun "Yoldaşımı azad edin!" xahişini rədd ediblər
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən necə saxlanılmasına dair bəzi detallar məlum olub.

Axar.az xəbər verir ki, Venesuela prezidenti Maduro və onun xanımı Cilia Flores rəsmi iqamətgahda yox, şəxsi malikanələrindən birində saxlanılıblar.

Mənbənin bildirdiyinə görə, Maduro və həyat yoldaşının paytaxt Karakasdan kənarda yerləşən həmin malikanəndə olmalarını az adam bilirmiş. Prezident və xanımı burada 1 gün qaldıqdan sonra yerlərini dəyişməyi planlaşdırıblarmış. Lakin ani hücum onların bu planını pozub.

Məlumata görə, saxlanılma anında Venesuela Prezidenti Nikolas Maduro ABŞ hərbçilərindən xanımını azad etmələrini xahiş edib, özünün isə könüllü şəkildə onlarla gələcəyini söyləyib. Lakin əməliyyatçılar onun bu xahişini yerinə yetirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru