ABŞ Venesuela hakimiyyətinə qarşı ittiham aktını açıqladı

4-01-2026, 00:12           
ABŞ Venesuela hakimiyyətinə qarşı ittiham aktını açıqladı
ABŞ Ədliyyə departamenti Nikolas Maduro, onun ailəsi və Venesuelanın yüksək vəzifəli məmurlarına qarşı ittiham aktını açıqlayıb.

Tribuna.az xəbər verir ki, ittiham aktı nazirliyin saytında yerləşdirilib.

Sənədə əsasən, “Venesuela liderləri” son 25 il ərzində ABŞ-a kokain idxal etmək üçün səlahiyyətlərindən sui-istifadə ediblər. İttiham olunanlar arasında Nikolas Maduro ilə yanaşı birinci xanım Silia Flores, daxili işlər Naziri Diosdado Kabeleo, keçmiş ədliyyə Naziri Ramon Rodrigez Çasin, deputat Nikolas Maduro Qyerra (Maduronun oğlu), cinayətkar qruplaşma “Tren de Aragua”nın lideri Ektor Gerrero Floresin adları var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru