İki ölkə beynəlxalq hüququ saymır, hər iki dövlət öz ambisiyaları üçün məntiqi, qaydaları çeynəyir - amma,...

4-01-2026, 09:18           
İki ölkə beynəlxalq hüququ saymır, hər iki dövlət öz ambisiyaları üçün məntiqi, qaydaları çeynəyir - amma,...
İki ölkə beynəlxalq hüququ saymır, hər iki dövlət öz ambisiyaları üçün məntiqi, qaydaları çeynəyir - amma, biri öz məqsədinə 4 saata çatır, müdaxilə etdiyi ölkəyə pul, qazanc, iş yeri, investisiya vəəd edir. Heç olmasa, vəəd edir.
Digəri isə 4 ildir özündən əhali olaraq 4 dəfə, ərazi olaraq 28 dəfə kiçik, qohum-qonşu xalqla, dövlətlə bacarmır, ayağı dəydiyi hər yeri xaraba qoyur, ən böyük fərq isə odur ki, Rusiya işıqlı heç nə vəəd etmir, inkişaf, pul, investisiya gətirmir, ancaq ölüm və dağıntı səpir.
Hər iki ölkə işğalçıdır, amma biri işğal edib Yaponiya, C. Koreya qurur, digəri işğal edib Abxaziya, C.Osetiya kimi vassallar yaradır. Birinin işğal etdiyi, vassal halına saldığı KİA, Samsung, Toyuta, Sony istehsal edir, digərinin işğal etdiyi isə geydirmə araq buraxıb elə urusun özünü zəhərləyir.
Hər ikisi hüquq tanımır, amma, gördüyünüz kimi, nyuanslar var...
P.S. ABŞ in işğal etdiyi müsəlman ölkələri isə nə Sinqapur, nə də C.Koreya olmadı - o da var, amma, bu məsələdə problemlər daha dərindir...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru