Bütün Rusiya hərbi texnikası və hava hücumundan müdafiə sistemləri Amerika sistemlərinin ilk zərbələri altında yararsız dəmir yığınına çevrildi
5-01-2026, 00:02
Noyabr 2025... Rusiya Dövlət Duması hərbçi general deputatı Juravlevin çıxışı: "Rusiya əslən Venesuelanın əsas hərbi-texniki yaxın tərəfdaşlarından biridir. Biz ölkəni kiçik silahlardan tutmuş təyyarələrə qədər demək olar ki, bütün silahların çeşidi ilə təchiz edirik. Rusiyanın Su-30MK2 qırıcıları Venesuela Hərbi Hava Qüvvələrinin onurğa sütununu təşkil edir və onu regionun ən güclü aviasiya güclərindən birinə çevirir. Bir neçə S-300VM (Antey-2500) batalyonunun tədarükü ölkə vacib obyektlərini hava hücumundan qorumaq qabiliyyətini xeyli dərəcədə gücləndirib. Son məlumata görə, Rusiyanın Pantsir-S1 və Buk-M2E sistemləri bu yaxınlarda İl-76 nəqliyyat təyyarələri ilə artıq Karakasa çatdırılıb. Lazım gələrsə, Venesuelanı Oreshnik raket sistemi ilə də təchiz edə bilərik." Yanvar 2026... Bütün Rusiya hərbi texnikası və hava hücumundan müdafiə sistemləri Amerika sistemlərinin ilk zərbələri altında yararsız dəmir yığınına çevrildi ki, bu da amerikalılara heç bir problem olmadan Karakasa uçmağa, Prezident Maduronu ələ keçirməyə və onu, tamam itkisiz olaraq ABŞ-a, istintaqa aparmağa imkan verdi. Juravlev dediyi Maduro onurğa sütunu bu imiş. Ilqar Altay