Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”

4-05-2026, 11:07           
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Ermənistan Xarici İşlər Nazirliyinin 5-6 may tarixlərində keçiriləcək illik İrəvan Dialoqu Diplomatiya Forumunda Azərbaycan və Türkiyədən nümayəndələr də iştirak edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

Bildririlib ki, müzakirələrdə həmçinin vətəndaş cəmiyyətinin qarşılıqlı səfərləri çərçivəsində artıq İrəvanda olmuş Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov da iştirak edəcək: “Digər Türkiyə və Azərbaycan ekspertləri də İrəvan forumunda iştirak edəcəklərini təsdiqləyiblər”.

İrəvan Forumunda Ankaranın Ermənistan-Türkiyə nizamlama prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç da iştirak edəcək. Kılıç erməni həmkarı Ruben Rubinyanla Cənubi Qafqazda sülh mövzusunda panel müzakirəsinə qatılacaq.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin birinci müavini Merve Kavakçı da Türkiyədən Ermənistana gələcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru