Əkrəm Həsənov: “İstənilən qanun layihəsi hazırlanarkən əvvəlcə izah edilməlidir - niyə və nə üçün bu dəyişiklik edilir?”

5-05-2026, 15:24           
Əkrəm Həsənov: “İstənilən qanun layihəsi hazırlanarkən əvvəlcə izah edilməlidir - niyə və nə üçün bu dəyişiklik edilir?”
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı müzakirələr zaman-zaman gündəmə gəlsə də, yenidən diqqət mərkəzindədir. Məsələ ilə bağlı deputat Vüqar Bayramov sosial şəbəkədə açıqlama verib. Deputat bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqına dair qanun layihələrinin hazırlanması ilə bağlı işlər aparılıb. Deputat qeyd edib ki, beynəlxalq təcrübədə saatlıq əməkhaqqı sistemi bir sıra üstünlüklərə malikdir. Bu model əlavə iş saatlarına görə ödənişləri artırmaqla yanaşı, bir neçə iş yerində işləmək imkanlarını da genişləndirə bilər.
İş saatları düzgün qeyd olunmasa, işçi hüquqlarını necə qoruya bilər?
Bu barədə Bizimyol.info xəbər portalına hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycanda əməkhaqqı əsasən aylıq hesablanması geniş yayılıb: “Bu mövzu 1 neçə ildir ki, mətbuatda dövr edir və heç kəs də, o cümlədən də qanun barədə danışan deputatlar izah etmir ki, bu niyə lazımdır. Ümumiyyətlə, istənilən qanun layihəsi hazırlanarkən əvvəlcə izah edilməlidir- niyə və nə üçün bu dəyişiklik edilir? Amma Azərbaycanda bunu izah edən yoxdur. Deyirlər ki, izah edəcəyik, hər şey əla olacaq, amma nə dəyişəcək, kimin vəziyyəti yaxşılaşacaq - bu suallara cavab yoxdur. “Keçəl Həsən, Həsən keçəl” məsəlidir.

Əməkhaqqının saatlıq, günlük, aylıq və ya illik olması arasında fərq yoxdur. Qanunda və əmək müqaviləsində necə nəzərdə tutulursa, işçi əməkhaqqısını alır. Bu gün Azərbaycanda əməkhaqqı əsasən aylıq hesablanması geniş yayılıb. Əgər işçi günün bir neçə saatını işləyirsə, maaş sadəcə iş saatına bölünür. Riyaziyyatdır bu-hesablayırlar ki, 1 saatın əməkhaqqı nə qədərdir verirlər onu işçiyə. İşçi üçün bunun heç bir fərqi yoxdur. Heç kimin vəziyyətini nə yaxşılaşdırır nə pisələşdirir - yəni, heç nə dəyişmir. Bəzi ölkələrdə əməkhaqqı aylıq, bəzilərində isə saatlıq hesablanır. Belə deyim-kimin zövqünə necə uyğundur elə edir”.

Əkrəm Həsənov həmçinin qeyd edib: “Sual yarana bilər ki, niyə indi bu mövzu aktuallaşıb. Mən bunu izah edim. Mən BDU-nun Hüquq fakültəsində oxumuşam, 26 ildir ki, bitirmişəm və yəqin ki, bütün ali məktəblərdə belə hallara rast gəlmək olar. Həmkarlar İttifaqı adlı təşkilat da var və həmişə tələbələrə deyirdilər ki, tədbir təşkil edin, nəsə təklif verin, tədbir keçirək, yəni özümüzü gözə soxax ki, “biz də bir işlə məşğuluq””.

Əkrəm Həsənov əlavə edib: “Bu məsələ də elə həmin işlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bəzi deputatlar deyirlər ki, “bir qanun layihəsi hazırlayırıq”. Guya camaatın xeyrinə olacaq. Amma ortada konkret heç nə yoxdur. Deyirlər ki, əməkhaqqını qanunda saatlıq göstərəcəyik, aylıq olmayacaq. Nə olsun ki? Saatlıq olanda sadəcə aylığı günlərin saatına bölürsən, saatların sayına alınır o. Bu dəyişikliklə əməkhaqqı artmayacaq da, azalmayacaq da. Heç nə dəyişməyəcək - sadəcə gözə kül üfürməkdir”.

Günel Həsənova, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru