Britaniya Rusiya ilə bağlı “qara siyahı” açıqladı - Yeni adlar daxil edilib

6-05-2026, 08:24           
Britaniya Rusiya ilə bağlı “qara siyahı” açıqladı -
Birləşmiş Krallıq Rusiyanın pilotsuz uçuş aparatları istehsalı və miqrantların hərbi məqsədlərlə cəlb edilməsi ilə bağlı şəbəkələrə görə 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin açıqlama yayıb.

Məlumata görə, sanksiyalar Rusiya və üçüncü ölkələrdə fəaliyyət göstərən, Ukraynaya qarşı müharibə üçün dron istehsalı və insan resurslarının cəlb olunması ilə əlaqəli strukturları əhatə edir.

Açıqlamada qeyd olunur ki, bəzi şəbəkələr müxtəlif ölkələrdən insanlara Rusiyada iş vəd edərək onları cəlb edir, daha sonra isə onları ya cəbhəyə göndərir, ya da hərbi sənaye müəssisələrində işləməyə məcbur edir.

Xüsusilə “Alabuqa Start” proqramı çərçivəsində xarici vətəndaşların cəlb edilməsi ilə bağlı 6 şəxs və 1 şirkət sanksiya siyahısına salınıb. Onların arasında Anastasiya Barışeva, Konstantin Trifonov, Çulpan İslamova, Savsan Yusupova, Elmир Sayfullin, həmçinin Müşel Gi Frans Avana Ateba və Enangue Holding yer alır.

Sanksiyalar həmçinin Tayland, Çin və digər ölkələrdən olan şəxsləri və şirkətləri də əhatə edir. Onlar “xarici vətəndaşların alveri” və Rusiyanın hərbi sənayesinə komponent tədarükü ilə əlaqələndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru