Dübəndi dövlət sərhədindən buraxılış məntəqələri siyahisinə daxildir ki? - SOCAR hələdə susur... VİDEO

19-02-2026, 10:42           
Dübəndi dövlət sərhədindən buraxılış məntəqələri siyahisinə daxildir  ki? - SOCAR hələdə susur... VİDEO
Dübəndi dövlət sərhədindən buraxılış məntəqələri siyahisinə daxildir ki? Hansı ölkə ilə Niyə məhz Dübəndi? Niyə 15 gün dəniz şəraitində işləyib ,6 saat köhnə gəmi ilə işdən evinə qayıdan neftçi yoxlamaya məruz qalır? Səbəb niyə izah olunmur?
Dənizdə yerləşən neft,qaz hasilatı ilə məşğul olan idarə və müəssisələrin yerləşdiyi Çilov adasına,Neft Daşlarına, dəniz platformalarına,dərin dəniz özüllərinə və s.işçilər helikopter və gəmilərlə (iri və kiçik tutumlu) yola salınır. Və gediş gəliş zamanı başqa dövlət qurumları tərəfindən yoxlamaya məruz qalmayıblar.
Lakin ötən ilin noyabr ayından başlayaraq SOCAR Azneft İB Abşeronneft 4-cü mədəninin növbə dəyişən işçiləri Dübəndi limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yoxlamaya ( gediş və qayıdış zamanı)məruz qalıblar.
Dünən (18.02.2026) SOCAR Azneft İB Abşeronneftin növbə dəyişən( sahilə çıxan) neftçiləri növbəti dəfə sərhədçilərin yoxlamasına məruz qalıblar. Bununla əlaqədar neftçi yazır ki:
Bu gün Abşeronneft 4-cü mədəndə növbə dəyişilirdi.Saat 15.00-da istismar müddəti qurtarmış köhnə gəmiyə mindik. Saat 21.00-da( 6 saatdan sonra) Dübəndi limanına çatdıq. Limanda yenə sərhədçilərin yoxlamasına məruz qaldıq. İşdən sonra evinə qayıdan insanları niyə yoxlayırsan sualına uca səslə dedi ki: get kimə istəyirsən şikayət elə!Neftçi onu da qeyd etdi ki,artıq 4-cü dəfədir ki belə hərtərəfli yoxlama aparılır SOCAR isə susur
Mirvari Gahramanli
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru