Biri düzgün cümlələr quranda, adekvat fikir bildirəndə, deyirlər ki, "bu da özünü ağıllı göstərir."

31-07-2025, 00:10           
Biri düzgün cümlələr quranda, adekvat fikir bildirəndə, deyirlər ki, "bu da özünü ağıllı göstərir."
"Bizim millət kimi hər şeyə bir mız qoyan yoxdur.
Biri düzgün cümlələr quranda, adekvat fikir bildirəndə, deyirlər ki, "bu da özünü ağıllı göstərir." İnsan, əgər danışanda ya da yazanda, sizin ağlınıza ilk "ağıllı görünmək" fikri gəlirsə, o, özünü elə göstərmir, əslində ağıllıdır; və sizin narahat etməmək üçün axmaq kimi davranması da mümkün deyil.
Əgər biri haqsızlığa susmursa, “bu da bilmir necə gündəmdə qalsın, başı gedib” kimi fikirlər sizin özünüzə aiddir. Çünki qorxaq və ikiüzlülüyünüzü dərk edirsiniz və haqsızlığa susduğunuz üçün bunu etməyənləri əzməklə özünüzə təsəlli verirsiniz.
Vallah, ağlı başında adam sizin yazdığınız şərhlərdən sonra mənim kimi panik atak olub insanlardan uzaqlaşmaq istəyir. Bir çürük meyvəni saf meyvələrlə bir qaba qoysaz, çürüdür yavaş-yavaş hamısını. Mən də çürüməmək üçün çoxunuzdan və çoxluqdan qaçıram. Mənim fobiyam məni qorumaq üçün yaranıb. Yoluxmaq istəmirəm".
Nura Suri
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru